Çexiyada qocalar evində yanğın olub, 8 nəfər ölüb, 29 nəfər xəsarət alıb


Çexiyanın Veyprti  şəhərində qocalar evində baş verən yanğın nəticəsində 8 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 06.00 radələrində başlayan yanğın zamanı xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.

Yanğının söndürülməsi başa çatıb. Hadisə yerinə yeddi tibbi briqada cəlb olunub.