“Deputatlığa namizədlərin 360 nəfəri 19 siyasi partiyanın siyahısında olan şəxslərdir” - RƏSMİ


İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan şəxslərin 360 nəfəri 19 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, 11 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb:

“1283 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb. Öz təşəbbüsü ilə irəli sürənlərin 100 nəfəri siyasi partiya üzvləridir”.