Xəstə üçün gələn 3 təcili yardımın 3-ü də qəzaya düşdü

Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Report-un məlunatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avyomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobilini isə qarşı tərəfdən gələn “Mercedes” markalı minik maşını vurub. Ümumilikdə 5 avtomobilin toqquşduğu qəza bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir.

İlkin məlumata görə, xəsarət alanlardan 3-ü Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləridir. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.