Merkel təşvişdə: Putin hanı? - VİDEO

Liviyadakı böhranlı vəziyyətin nizama salınmasına dair ötən gün Berlində keçirilən konfransda maraqlı anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, sammitin başlanmasından əvvəl protokol qaydalarına əsasən konfrans iştirakçılarının fotosessiyası zamanı Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinin olmamasından təşvişə düşüb.

Yayılan görüntülərdə BMT Baş katibi Antonio Quterreşdən Putinin harada olduğunu soruşan Merkelin vəziyyəti Fransa Prezidenti Emmanuel Makrona bildirdiyi aydın olur. Bir neçə saniyə sonra Putin gəlir, onu isə Makron qarşılayır.

Maraqlı görüntüləri təqdim edirik: