Qolları və ayaqları yoxdur, amma kitabları satış rekordları qırdı - FOTOLAR


Avstraliyada 1982-ci ildə dünyaya gələn serb əslli Nick Vujicic, çox nadir rast gəlinən xəstəlik səbəbindən bir neçə bədən üzvləri olmadan dünyaya gəlib.
Sherg.az xəbər verir ki, "tetra-amelia" sindromu üzündən qolları və ayaqları olmayan Vujicic, gənclik illərində ağır depressiya keçirir.





Məktəbdə ona lağ etdiklərinə  görə 8 yaşında intihara cəhd edir. 10 yaşında özünü suya atıb boğulmaq qərarına gəlir, lakin ailəsini sevdiyi üçün bunu reallaşdırmır.
Çox keçmir ki, anası ona bir məqalə oxuyur və həyatı dəyişir. Vujicicin dinlədiyi məqalə əngəlli olan, lakin buna baxmayaraq heç bəs etməyən bir adam haqqında idi. Bu yazıdan sonra Vujicicin həyata dünyagörüşü dəyişir və əngəllərini qəbul etməyə başlayır.

Qısa müddətdə gündəlik işlərini tək başına görməyi öyrənir. Bədənində olan iki ayaq barmağıyla qələm tutub, yazı yazmağa başlayır. Kompüter istifadə etməni, tennis topuyla oynamağı, baraban çalmağı, saçını daramağı və təraş etməyi öyrənir.
21 yaşında Vujicic kitab yazdı və danışıqlarını DVD formatında bazara çıxardı. Kitabları satış rekordları qırdı.

Qısa sənədli filmlərdə rol alan Vujicic, Kaliforniyaya köçdü. 25 ölkədə konfranslara qatılan möcüzə adam 29 yaşına çatanda 3 milyondan çox insana həyatın əhəmiyyətindən bəhs etdi.

Kanae Miyahara ilə nişanlanan Vujicic, həyatının eşqi ilə evləndi və indi onların 4 uşaqları var.



Turan