Tanınmış fotoqrafın anası qəzada dünyasını dəyişdi

Tanınmış fotoqraf Səfiyar Məcnunun anası Peykar Qubad qızı Məcnunova ötən gün yol qəzasında dünyasını dəyişib.

Hadisə Ramana qəsəbəsində baş verib.

P.Məcnunova yolu keçərkən onu1991-ci il təvəllüdlü, İmişli rayon sakini İbrahimov Təbriz Əziz oğlunun idarə etdiyi "Qazel" markalı, 90 DH 572 dövlət qeydiyyat nişanlı yük maşını vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Allah rəhmət eləsin!