Ermənistan parlamentində “qanuni oğru” davası: Deputatlar zaldan qovuldu

Ermənistan parlamentində “qanuni oğru” məsələsi mübahisəyə səbəb olub. 

“Sputnik Ermənistan” xəbər verir ki, mübahisəyə qısa zamanda bir neçə deputat qatılıb. 

Mübahisəyə səbəb Gevork Petrosyanın çıxışı olub. O, Ermənistanın Ədliyyə naziri Rüstəm Badasyana nəinki “qanuni oğrular”la, həmçinin, “tipləri üç hərflə ifadə edilən insanlar”la da mübarizə aparmağı tövsiyə edib. Petrosyan erməni dilində qeyri-etik ifadə işlədib. 

Onun çıxışı “Çiçəklənən Ermənistan” fraksiyasının deputatlarının narazılığına səbəb olub. Onlar Petrosyandan dərhal üzr istəməyi tələb ediblər. 

Bundan sonra, “Çiçəklənən Ermənistan” fraksiyasının üç deputatı spiker tərəfindən zaldan qovulub.