95 nəfər deputatlığa namizədliyini geri götürdü

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkilərində namizədliyini geri götürənlərin sayı açıqlanıb.

Sherg.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

MSK sədri qeyd edib ki, 95 nəfər namizədliyini geri götürərək mübarizəni dayandırıb.

Xatırladaq ki, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak etmək üçün 2431 nəfər müraciət edib və 1542 nəfərin namizədliyi qeydə alınıb.