“Qarabağ” dünyanın ən yaxşı futbol klubları SİYAHISINDA

Dünyanın ən yaxşı futbol klublarının siyahısı açıqlanıb. 

Oxu.Az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin yekunlarına əsasən 400 komandanın siyahısını müəyyənləşdirib.

Cədvəldə Azərbaycanın ən yaxşı komandası “Qarabağ”dır. “Köhlən  atlar” ötən illə müqayisədə, 57 pillə irəliləyərək, 144 xalla dünyanın 80-ci komandasıdır.

Siyahıda yer alan digər Azərbaycan klubu “Neftçi” 221-ci pillədə qərarlaşıb. Onun aktivində 90 xal var.

Siyahıda birinci yeri İngiltərənin “Liverpul”, ikinci yeri İspaniyanın “Barcelona”, üçüncü yeri İngiltərənin “Mançester Siti” klubu tutub.