Sellofan torbalardan biz də imtina edəcəyik: Hökümətin qərarı gözlənir - ÖZƏL

Son zamanlar polietilen torbalardan istifadənin məhdudlaşdırılması ilə bağlı müəyyən işlər görülməkdədir. Plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən bir sıra təkliflər də hazırlanmışdı.

Marketlərdə polietilen torbaların pullu olacağı və kağız torbalarla üstünlük veriləcəyi barədə müəyyən işlərin aparıldığı deyilirdi. Lkain bu sahədə son durumun nədən ibarət olması hələ bilinmir.

Ətraflı məlumat üçün Sherg.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev bildirib ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların qadağan olunması və qalınlığı 15-50 mikron olan polietilen torbaların marketlərdə alıcılara ödənişli təqdim olunması ilə bağlı layihələr aidiyyəti qurumlarla razılaşdırılıb.

Qurum rəsmisi qeyd edib ki, qərar qəbulu üçün hökumətə təqdim olunub:

“Bu layihələrlə yanaşı alternativ qablaşdırma materiallarından olan kağız, parça torbaların, bioparşalanan torbların marketlərdə satışının təşviqi istiqamətində işlər görülür. İstehsalçılarla, satış mərkəzləri ilə görüşlərimiz olub. Yaxın zamanlarda belə torbaların geniş satışının təşkili istiqamətində tədbirlərimiz davam etdirilir”.