Namizəd: "Mingəçevir üçün faydalı olacağımı düşünürəm"

47 saylı Mingəçevir seçki dairəsindən deptatlığa namizəd Məhəmməd Ərsoy (Zamanov) təşviqat kampaniyası aparır. O, seçkilərlə bağlı fikirlərini bölüşüb: 

“Mən ilk dəfə seçkilərə 2005-ci ildə qatılmışam. 2010 və 2015-ci illərdəki seçkilərdə namizəd olmadm. Amma bu dəfə yenidən Mingəçeviri təmsil etməkdə qərarlıyam. Rəqib namizədlər haqqımda Mərkəzi Seçki Komissiyasına şikayət ediblər. Barəmdə edilən şikayətləri cığallıq kimi qiymətləndirirəm. Azərbaycanı sevən insanam, illərdir mətbuatdayam. Mingəçevir üçün faydalı olacağımı düşünürəm. Mən Mingəçevir camaatına borcluyam. Bu dəfə seçkilərin həqiqətən də fərqli olacağına inanıram. Həm də Mingəçevir camaatı yeniləşən Azərbaycanı ünvanlarında görmək istəyir. Həmyerlilərimi fevralın 9-da seçki məntəqələrinə gəlib səs verməyə çağırıram”.