Türkiyədən Qarabağ açıqlaması: Bundan sonra da...

Türkiyə Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir.

Axar.az xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop parlamentdə 20 Yanvar faciəsinə həsr olunan fotosərginin açılışında deyib.

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışan sədr bildirib ki, Azərbaycanın sevinci sevincimiz, qüruru qürurumuzdur. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həllinə tərəfdar olduğunu vurğulayan parlament sədri qeyd edib ki, ölkəsi bu problemin nizamlanması ilə bağlı Azərbaycanın ortaya qoyduğu səyləri bundan sonra da müdafiə edəcək.