“Davosda Azərbaycanın strateji layihələri dünyaya təqdim olunur” 


“Azərbaycanın bu foruma qatılması, orada keçirilən görüşlər, xarici şirkətlərin Azərbaycanla əməkdaşlığa cəlb olunması ölkəmizin iqtisadi inkişafına təkan verəcək”

“Davos İqtisadi Forumu Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri və şirkətləri ilə əməkdaşlığını təmin edir”.
Bu barədə “Sherg.az”a Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə  bildirib. Onun sözlərinə görə, Forumda Azərbaycan həqiqətləri, ölkəmizin böyük potensialı, respublikamızın həyata keçirdiyi strateji layihələr dünyaya təqdim olunur:

"Dünyanın ən nüfuzlu ölkələri və şirkətləri Azərbaycanla əməkdaşlığa cəlb olunur. Davos İqtisadi Forumu Azərbaycanda görülən bir sıra işlərə yüksək qiymət verir. Bu isə ölkəmiz üçün çox önəmlidir. Azərbaycanın bu foruma qatılması, orada keçirilən görüşlər, xarici şirkətlərin Azərbaycanla əməkdaşlığa cəlb olunması ölkəmizin iqtisadi inkişafına təkan verəcək”. 

Qeyd edək ki, dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Məqalədə Azərbaycanın strateji nəqliyyat qovşağı,  enerji sektorunda əsas iştirakçı olmağımız, “Şahdəniz-2” ,Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməri, Trans-Adriatik Boru Kəməri məsələlərinə diqqət çəkilib.