Fazil Mustafa seçicilərə 5 manat paylayıb?

"Azərbaycan jurnalistikasının etibarını belə zədələyirlər. Yazıblar ki, Fazil Mustafa seçicilərə 5 manat pul və siqaret paylayıb ki, görüşə gəlsinlər".

Bunu deputatlığa namizəd Fazil Mustafa barəsində yayılmış xəbərlərə Feysbukda münasibət bildirərkən yazıb.

Onun sözlərinə görə, hər ikisi uydurmadır:

“Qarşıma əlində siqaret çıxan ərkim çatan hər bir kəsin siqaretini alıb çöplüyə atıram ki, Allahın verdiyi vücudu niyə məhv edirsən? Oliqarx da deyiləm ki, bir görüş üçün pul xərcləyim. Barı yazın ki, kitab paylayıb, seçiciləri şirnikləndirib”.