Ermənistanda “qanuni oğru”lara qarşı qanun qəbul olundu

Ermənistanda “oğru dünyası”na qarşı yeni qanun qəbul olundu.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qəbul olunmuş qanunla “qanuni oğru” adından imtina etməyən şəxs 7 ildən 10 ilə qədər həbs cəzası alacaq.

Cinayətkar şəbəkə yaradanlara isə cəza 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Hakim “Mənim addımım” bloku qərarın lehinə səs versə də, ikinci ən böyük partiya sayılan “Çiçəklənən Ermənistan” buna qarşı çıxıb. “Qanuni oğru”lara qarşı qanun 73 deputatın səsi ilə qəbul olunub. Layihəyə 20 deputat “yox” deyib, 15-i isə bitərəf qalıb.