Bakıda 3 milyonluq zavod satışa çıxarıldı

Paytaxtın Bakıxanov qəsəbəsində yerləşən zavod 3,2 milyon manata satışa çıxarılıb.

Bu barədə elan saytlarından birində qeyd olunub. 72 sot ərazidə yerləşən zavodun işlək vəziyyətdə olduğu açıqlanıb.

Fotodan görünür ki, zavodun darvazasının qarşısında “Sinomach Camc” yazılıb.