Xalqımızı birliyə səsləyən MAHNI-FOTO+VİDEO

Hər zaman öz gözəl, dərhal hit mahnılara çevrilən  şeirləri və möhtəşəm layihələri ilə Azərbaycan musiqi mədəniyyətində iz qoyan Cəlal Qurbanov növbəti bir uğura imza atdı.
C.Qurbanovun sözlərinə  yazılmış “Yaşa , yaşa Azərbaycan!” mahnısı ( musiqisi Rauf Məmmədovundur) artıq geniş audotoriyanın rəğbətini qazanıb və ona klip çəkilişi gözlənilir.
Xatırladaq ki, bu, ürəkləri fəth etmiş  kompozisiya, bir sıra tanınmış insanların iştirakıyla həyata  keçirilib. Onun yaranmasında Xalq artistləri Aygün, Kazımova, Zülfiyyə Xanbabayeva, Alim Qasımov, Natiq Şirinov, Rasim Balayev və gənc xanəndə Mirələm Mirələmov kimi mədəniyyətimizin nəhəng simaları iştirak ediblər. Onların hər biri öz ifasıyla mahnıya xüsusi bir rəng qatıb.
Qeyd etdiyimiz kimi, kompozisiyanın uğurunu və möhtəşəmliyini nəzərə alaraq, ona klip çəkilməsi qərarı verilib. Ümid edirik ki, klip də öz baxımlığı və gözəlliyi ilə mahnıdan geri qalmayacaq və onun daha da çox tanınmasına  təkan verəcək.
Qeyd edək ki, mahnı Heydər Əliyev Fondunun, Bakı Şəhər İcra Hakimiyyətinin, “Fire Land Production"nin birgə təşəbbüsü ilə reallaşıb. Mahnı bu aydan Azərbaycan radiolarında səsləndirilir.

Videonu izləmək üçün aşağıdakı linkə daxil olun.