İlham Əliyev regionda sabitlik və təhlükəsizliyin təminatını vacib hesab edir

Azərbaycan regional təhlükəsizlik və sabitliyin təmin olunmasında maraqlıdır.  İnterfax.az xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib.

“Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və beynəlxalq hüququn pozulmasıdır. Bu, daimi təhdid mənbəyidir. İranla ABŞ arasında münasibətlərdə gərginliyin artdığını görürük, əlbəttə ki, regionda bizi narahat edən digər qaynar nöqtələr də var.

Buna görə təhlükəsizlik, sərhədlərimizdən kənarda vəziyyətin proqnozlaşdırılmasında maraqlıyıq, çünki hətta Azərbaycandan kənarda iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir göstərə bilər”, - İlham Əliyev çərşənbə günü Davosda “Strateji baxış: Avrasiya” mövzusunda konfransda bildirib.

Onun sözlərinə görə, məhz bu səbəbdən regionda qeyri-sabitlik ən çox Azərbaycanı narahat edir.

Prezident hesab edir ki, mövcud vəziyyət nəzərə alınaraq, əsas vəzifə regional təhlükəsizliyin təminatıdır.

“Əfsuslar olsun ki, biz buna cavabdeh deyilik və bu prosesə təsir edə bilmərik, zərif sabitliyin pozulmamasına görə məsuliyyət superdövlətlərin üzərinə düşür”, - o qeyd edib.

Dövlət başçısı əlavə edib ki, Azərbaycanda daxili siyasi vəziyyət sabitdir.

“Azərbaycanda daxili risklər yoxdur: nə siyasi, nə iqtisadi. Ölkə stabildir, inkişaf davamlıdır, vətəndaşlarımız üçün yeni imkanlar yaradacaq geniş islahatlar proqramı həyata keçirilir”, - İ.Əliyev deyib.