"Azərişıq"ın sədri vətəndaşları qəbul edəcək

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Siyəzəndə vətəndaşları qəbul edəcək.

Qəbul yanvarın 23-də keçiriləcək.

Səhmdar Cəmiyyətin müvafiq qurumlarının rəhbərlərinin də iştirak edəcəyi qəbulda Siyəzən və Xızı rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinləniləcək.