Badamdar sürüşmə sahəsinin vəziyyəti açıqlandı

Hazırda Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində vəziyyət stabildir. Sürüşmə baş verən müddətdən bu günə qədər elə bir ciddi dəyişiklik qeydə alınmayıb.

Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin ekspedisiya rəisi Əziz Qaralov deyib.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.