237 nəfər namizədliyini geri götürdü

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) saytının verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 237 nəfəri deputatlığa namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədliyin sayı 1400 nəfərdir.