SSRİ-nin məşhur aktyorları casus çıxdılar

SSRİ-nin məşhur aktyorları Georgi Jenov və Pyotr Velyaminov SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin məxfi casusları olublar.

Axar.az xəbər verir ki, bu barədə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş polkovnik-leytenantı Vladimir Popov “Zalımların sui-qəsdi” kitabında qeyd edib.

“Dövlət Təhlükəsizlik Komitəsinin casusları arasında uzunmüddətli əməkdaşlıq stajı olan böyük şəxslərin olması tam gözlənilməz idi. Onlar arasında xalqın sevdiyi Georgi Jjenov və Pyotr Velyaminov vardı. Onlar sovet həbs düşərgələrində qaldıqları müddətdə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən casusluğa cəlb edilmişdilər”, – deyə Popov bildirib.

Qeyd edək ki, azərbaycanlılar Georgi Jjenovu “Avtomobildən özünü qoru”, “Rezidentin taleyi” Pyotr Velyaminovu isə “Yaroslav Mudrı”, “Kölgələr günorta yox olur” və s. filmlərdən yaxşı tanıyırlar.