Qanunu pozan azərbaycanlı həbs edildi

Rusiyanın Belqorod sərhədində üç kişi qanunsuz olaraq xarici pasportlarda qeydlər aparıb.

Znamya31.ru-nun xəbərinə görə, bir azərbaycanlı və iki rus qanunsuz olaraq saxta pasportlarla ölkə ərazisinə daxil olma ilə bağlı qeydlər ediblər.

Belqorod Rayon Məhkəməsində həmin şəxslərin məhkəməsi olub.

Onlar məhkəmə iclasında etdikləri əməli etiraf ediblər.

Həmin şəxslər 1 il 4 aydan 1 il 8 aya qədər azadlıqdan məhrum olunublar.