Ölmüş Misir kahininin səsi bərpa edilib

Böyük Britaniya alimləri qədim Misir mumiyasının səsini bərpa ediblər.

REN TV-nin yaydığı xəbərə görə, tədqiqatçılar bununla ölülərin danışdıqlarını sübuta yetiriblər.

Onlar üç min ildən çox yaşı olan Misir mumiyasının səsini bərpa etdiklərini deyib.

Mumiyalanmış cəsəd 50 yaşında vəfat edən qədim Misir kahininə aid olub.

Tədqiqatçı alimlər elektron udlaq, kompüter tomoqrafiyası, 3D çap birləşməsindən istifadə edərək bir neçə səsin səslənməsinə nail olublar.