Bakı və Moskva arasında protokol imzalandı

Xəbər verdiyimiz kimi, bu gün “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilib.

Kult.az xəbər verir ki, tədbir çərçivəsində Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb.

Azərbaycan tərəfdən Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfindən isə Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski sənədə imza atıb.