Uşaq evinin 2 işçisi cəzalandırıldı - Yayılan videoya görə

Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyi sosial şəbəkələrdə və KİV-də yayımlanan video ilə bağlı açıqlama verib.

Açıqlamada deyilir:

"Son günlər sosial şəbəkədə yenidən yayımlanan video və şəkillər 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yaradılıb. Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təsdiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb.

Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına gəlincə, qeyd edək ki, uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir-bərpa işləri aparılıb, körpələr evi isti su, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir".