Beyləqanda qoyun oğruları tutuldu

Beyləqan rayon sakininin 9 baş qoyununu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bildirir ki, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 26-da E.Qurbanovun həyətyanı sahəsindən 9 baş qoyun oğurlamaqda şübhəli bilinən Aşqallar kənd sakini H.Qafarov və Sabirabad rayon, sakini, əvvəllər məhkum olunmuş Ş.Dadaşov saxlanılıblar.

Faktla bağlı araşdırma davam etdirilir.