Türkiyədəki şiddətli zəlzələnin görüntüləri: Dağıntılar, təşviş... - VİDEO

Türkiyənin Elazığ bölgəsində baş vermiş 6.8 ballıq zəlzələ zamanı çəkilmiş yeni görüntülər ortaya çıxıb.

Bu barədə “HaberGlobal” informasiya yayıb.

Görüntülərdə zəlzələnin baş verməsindən qısa zaman sonra şəhərdə qeydə alınan dağıntılar və bunun səbəb olduğu təşviş əksini tapıb.

Videonu çəkən xanım evlərin eyvanlarının və yolların çatladığını qeyd edib. Videoda, həmçinin, dağıntılar olduğu və dağıntılar altında insanların ola biləcəyi bildirilir.