Şəkidə qəfil ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlandı

Şəkidə qəfil ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb.

APA-nın məlumatına görə, hadisə bu gecə saat 02 radələrində Şəki şəhəri, Noxabi 14 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Yusif Yaşar oğlu Əliyev qəfildən ölüb.

İlkin araşdırma zamanı Y.Əliyevin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Meyit müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.