Azərbaycanda 35 yaşlı qadın qidadan zəhərlənib öldü

Naftalan sakini qidadan zəhərlənərək ölüb. 

APA xəbər verir ki, 1985-ci il təvəllüdlü Naftalan şəhər sakini Xəyalə İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, X.İsmayılova kolbasadan zəhərlənib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.