Zəlzələdə ölənlərin sayı artır

Türkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 19-a çatıb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində 772 (Malatya - 221, Elazığ - 551) nəfər xəsarət alıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fəlakət bölgəsində Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.

Zəlzələ bölgəsinə 1.689 çadır, 1.656 çarpayı və 9.200 ədyal çatdırılıb. Mobil operatorlar Elazığ və Malatyada pulsuz fəaliyyət göstərir.