Gəncədə süpürgəçi göldə boğuldu

Gəncədə komunal təsərrüfat birliyinin əməkdaşı göldə boğularaq ölüb. 

Oxu.Az xəbər verir ki,  hadisə şəhərin H.Əliyev parkında qeydə alınıb. 

Ərazidə təmizlik işçisi kimi çalışan 55 yaşlı Lətifə Paşayeva ehtiyatsızlıqdan yaxınlıqdakı gölə düşüb. 

Ətrafdakı insanlar  qadını sudan çıxarsada həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.