Ərdoğan zəlzələ bölgəsinə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ baş verən Elazığ şəhərinə gedib.

Ərdoğan zəlzələ bölgəsində mövcud vəziyyətlə tanış olub.

Səfərdə Ərdoğanı köməkçisi Fuad Oqtay və Türkiyə parlamentinin sədri Mustafa Şəntop müşayiət edib.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən güclü zəlzələ nəticəsində 22 nəfər həlak olub, 1031 nəfər yaralanıb.