Paşinyan istintaqa ifadə verdi

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ifadə verməyə çağırılıb.

TASS-ın verdiyi xəbərə görə, N.Paşinyan yanvarın 23-də Xüsusi İstintaq Xidmətində ifadə verib.

Paşinyan mətbuat konfransında bildirib ki, 2010-ci ildə həbsdə olarkən naməlum maskalı şəxslər tərəfindən döyülməsi hadisəsi ilə bağlı zərərçəkmiş kimi sualları cavablandırıb.

O əlavə edib ki, bir nəfər onun döyülməsini kimin sifariş etdiyini bildiyini deyib.

Qeyd edək ki, N.Paşinyan bundan öncə də bir neçə dəfə istintaqda dindirilib.