Zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələr xüsusi reyslə Bakıya çatdırılacaq - RƏSMİ


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin təxliyəsi üçün tədbirlər görülür.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən APA -ya verilən məlumata görə, avtobusla Naxçıvana gətirildikdən sonra tələbələr “Azərbaycan Hava Yolları” tərəfindən xüsusi reyslə Bakıya çatdırılacaq.

Təxliyə olunmuş tələbələrin sayının 80 nəfər olacağı gözlənilir.