Azərbaycanda güclü zəlzələ gözlənilir? – Mərkəz rəhbərindən CAVAB

Türkiyədə yenidən zəlzələ olacağı bildirilir. Məlumata görə, Mərmərə dənizinin Silivri hissəsində 7,6 bal gücündə zəlzələ baş verəcəyi ehtimal olunur. Mərmərədə baş verəcək zəlzələ Avstriya və İtaliyada da hiss ediləcək. Çünki Bursanın coğrafi mövqeyi zəlzələnin təsirini gücləndirərək ətraf ərazilərə yaya bilər. 

Qeyd edək ki, bir nüçə gün öncə Türkiyənin Elazığ vilayətində güclü zəlzələ baş verdi, xeyli sayta dağıntılar, ölən və yaralananlar oldu.

Qardaş ölkədə baş verən zəlzələnin Azərbaycana nə dərəcədə təsir edəcəyi barədə Sherg.az-a danışan Respublika Seysmoloji Xidmət Mərkəzinin Qurban Yetirmişli bildirib ki, Abşeron yarımadası bioloji quruluş cəhətdən mürəkkəbdir. 

Onun sözlərinə görə, bu yarımada olduqca qarışıqdır:

“Burada qurunt suları, suxurların və layların parçalanıb düşməsi və qalxması, həmçinin sürüşmə zonaları mövcuddur. Binaları tikəndə hər bir bina üçün ayrıca olaraq binaaltı ərazidə tədqiqat aparmaq lazımdır. Türkiyədəki dağıntılar bir layihə ilə eyni mərtəbəli binalarda baş verib. Çünki yuxarıda sadaladığımız məsələləri nəzərə almaq lazımdır. Binaları necə gəldi tikmək olmaz. Geoloji quruluş cəhətdən Türkiyənin bir tərəfdən dəniz, digər tərəfdən dəniz sahili ərazidir.  Bir də görürsən ki, əhəng daşı yuxarı üst qatdadır və ondan aşağıda gil qatı, qum gedir. Bütün bunların sürüşmə modulu, məsaməliyi var. Ona görə də Türkiyədə bu qədər dağıntılar olur. Çünki binaların hamısı bir layihədir və eyni mərtəbəli binalardır. Həmin binaları necə lazımdır yana-yana tikiblər”. 



Qurban Yetirmişli: “Türkiyədəki zəlzələnin ölkəmizə heç bir təsiri yoxdur. Çünki həm məsafə etibarı ilə, həm də geoloji quruluş cəhətdən tamam fərqli regionlardır”


“Türkiydəki zəlzələnin Azərbaycana təsiri varmı?” - sualına gəlincə, Q.Yetirmişli vurğulayıb ki, baş verənlər Azərbaycanda olan seymsik zəlzələ ocaqlarını oyada bilməz:

“Türkiyədəki zəlzələnin ölkəmizə heç bir təsiri yoxdur. Çünki həm məsafə etibarı ilə, həm də geoloji quruluş cəhətdən tamam fərqli regionlardır. Ölkəmiz də elə gün olmur ki, zəlzələsiz ötüşsün. Bu zəlzələlər hiss olunmur. Yaxın günlərdə isə Azərbaycanda katosqrafik zəlzələ gözlənilmir. Sadəcə xırda təkanlar ola bilər”.