Rusiyadan Bakıya zorla gətirilən qız: “Mən qaçmaqla onları cəzalandırmışam”

Bir neçə gün cinsi oriyentasiyasına görə yaxınlarının girov saxladığı, daha sonra “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilən və buradan Rusiyaya qaytarılan 18 yaşlı Krasnoyarsk sakini, azərbaycanlı Sevgiyə Sübhani İsmayılova yaxınları tərəfindən təhdidlərin davam etdiyini bildirib. 

O, bununla bağlı “Podyom” nəşrinə açıqlama verib. 

Qızın sözlərinə görə, Rusiyaya qayıtdıqdan sonra həyatını qaydasına salmağa çalışır:

“Hər şey yavaş-yavaş qaydasına düşür. Təhdidlər davam edir. Polisə şikayət etməmişəm. Anan, qardaşların, bacıların barəsində şikayət etmək çox çətindir. Mən qaçmaqla onları cəzalandırmışam. İndi iş axtarıram, psixoloqa gedirəm. Bundan sonra həyatıma görə narahat qalmaq istəmirəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə yanvarın 15-də 18 yaşlı azərbaycanlı Sevgiyə Sübhani İsmayılovanın cinsi oriyentasiyasına görə qohumları tərəfindən təzyiq və zorakılığa məruz qaldığı barədə məlumatlar yayılıb. Rusiya vətəndaşı olan Sevgiyə Norilskdə doğulub.