Orta məktəb psixoloqları imtahana çəkiləcək

“Nazirlik tərəfindən tədbirlər planı hazırlanıb. Orta məktəblərdə fəaliyyət göstərən 2700 psixoloqun yenidən diaqnostiok qiymətləndirilməsinin aparılması nəzərdə tutulub. Fəaliyyətdə olan psixoloqların diqnostik qiymətləndirilməsinin məqsədi onların güclü və zəif tərəflərini müəyyən etməkdir”.

Bunu Təhsil naziri Ceyhun Bayramov deyib. 2019-cu ilin yekunları və 2020-ci ildəki planlara həsr olunan tədbirdə çıxış edən nazirin sözlərinə görə, məktəblərdə psixoloji xidmətin keyfiyyətinin artırılması üçün qiymətləndirmədə zəif nəticə göstərənlər üçün Nazirlik təlim kursları təşkil edəcək.

“Vaxtilə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlayanda da əsas məqsəd bu idi, indi də müəllimlərin ixtisasartırma təlimləri sahəsində dəstəyimiz davam edir. 2019-cu ildə müəllimlərlə yanaşı, diaqnostik qiymətləndirmənin nəticəsində yüksək göstərici almış psixoloqların əməkhaqları da artırılılıb. Müəllimlərin də sertifatlaşdırılması ilə bağlı növbəti aylarda tədbirlər planımız təqdim oluncaq”.