Hərbi təyyarə qəzaya uğradı

Əlcəzairin şimal-şərqində yerləşən Umm-əl-Buaqi vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

“Algerie 24” xəbər verir ki, hadisə yerinə xilasedicilər cəlb olunub.

Təyyarənin növu barədə məlumat yoxdur.

Qəza nəticəsində təyyarənin iki pilotu həlak olub.