Hakim eyni anda üç vərəqə göstərdi

İngiltərənin futbol üzrə aşağı liqalarından birində keçirilən “Qarfort Taun – Bridlinqton” qarşılaşmasında hakim futbolçuya eyni anda üç vərəqə göstərib.

“The Guardian” məlumat verir ki, “Qarfort Taun” klubunun müdafiəçisi Aleks Lou rəqibin əks hücumu zamanı ona qarşı kobudluq etsə də, hakim oyunu saxlamayıb.

Hücumun davamında meydanın özlərinə aid hissəsində növbəti dəfə qayda pozuntusuna yol verən futbolçu hakim tərəfindən ardıcıl iki sarı və qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.