UEFA rəsmisi: "Bakıda özümüzü evimizdəki kimi hiss etdik"

Avropa Liqasının Bakıdakı finalında özümüzü evimizdəki kimi hiss etdik. Yüksək səviyyəli təşkilatçılıq gördük.

Oxu.Az xəbər verir ki, bu sözləri UEFA-nın UEFA-nın Milli Assosiasiyalar üzrə Departamentinin rəhbəri Tyerri Favr deyib.

AFFA-nın bu gün keçirilən konfransında iştirak edən UEFA nümayəndəsi təmsil etdiyi qurumun AFFA-nı tam dəstəklədiyini bildirib:

“2019-cu ilin Azərbaycan futbolu üçün daha bir böyük uğuru baş katib Elxan Məmmədovun UEFA Fair Play komitəsinin sədri seçilməsi oldu. Elxan Məmmədov Avropa futbolu üçün möhtəşəm resursdur.

Təəssüf ki, Azərbaycan millisi Avropa çempionatına vəsiqə qazana bilmədi. Millətlər Liqasında Azərbaycan yığmasına uğurlar arzu edirəm. Düşünürəm ki, sizinlə əməkdaşlıq məhsuldar olub”.

UEFA nümayəndəsi çıxışında futbolun dünyada üzləşdiyi problemlər haqqında da danışıb.