WhatsApp istifadəçilərinə xatırlatma – Yoxa çıxacaq

Fevralın 1-dən etibarən bəzi WhatsApp istifadəçilərinin mesenceri işləməyə bilər. Rusiya mətbuatı xəbər verir ki, bu, köhnəlmiş Android 2.37 sistemlərinə, iOs8 və digər köhnəlmiş versiyalara aid olacaq.

Mesencerə daxil ola bilmək üçün istifadəçilərə Android 4.0.3 və iOs9 əməliyyat sistemlərinə keçmək məsləhət görülür. Bundan başqa, WhatsApp KaiOs 2.5.1 və yeni bazası olan telefonlarda işləyəcək.

Bu arada, istifadəçilər söhbət tarixçəsini bir platformadan digərinə köçürə bilməyəcəklər. Lakin mesajları email vasitəsilə köçürmək mümkündür.