İranda ard-arda iki zəlzələ olub

İranın İsfahan vilayətinin Bərzok rayonunda və Kirmanşəhr vilayətinin Soomar şəhərində zəlzələ baş verib.

İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzinin yaydığı məlumata əsasən, Bərzokda qeydə alınan zəlzələ 4, Soomarda isə 3,1 bal gücündə olub. 

Dağıntı və tələfat barədə məlumat verilməyib.