Azərbaycanda koronavirusla bağlı şübhəli xəstə... - RƏSMİ

Azərbaycanda koronavirusla bağlı hələ ki şübhəli xəstə aşkar olunmayıb.

Report xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

"Əgər belə hal aşkar olunsa, nəzərdə tutulan tibb müəssisələrində lazımi şərait yaradılıb. Həmçinin mərkəzi rayon xəstəxanalarında da palatalar ayrılıb. Lazımi dərman preparatları və digər ləvazimatlar təminat yüksək səviyyədə təşkil olunub”.