İdlibin ən böyük mahalı mühasirəyə alındı

Əsəd rejimi İdlibin ən böyük mahalı Məarrat ən-Numanın mərkəzini mühasirəyə alıb.

Axar.az xəbər verir ki, rejim qüvvələrinin mahalın Həmidiyyə, Bsida, Kəfər Basin, Babolin və digər yaşayış məntəqələrini ələ keçirdiyi bildirilib.

Qeyd edək ki, Hələb-İdlib-Həma-Dəməşqdən İordaniyaya qədər uzanan və bu mahalın mərkəzindən keçən yol Maaratünnumanın strateji önəmini artırır.