Paşinyan Qarabağdan gələn partiya liderini həbs etdirdi

Ermənistanda Adekvad Partiyasının liderlərindən olan Konstantin Ter-Nakalyan polis tərəfindən saxlanılıb.

Məlumatı “Aysor.am” saytı öz mənbələrinə istinadən yayıb.

Nakalyanla bərabər partiyanın təsisçisi Artur Daniyelyan da tutulub. Daniyelyanın Qarabağdan İrəvana qayıdan zaman saxlanıldığı vurğulanıb.

Qeyd edək ki, bundan öncə Adekvadın daha bir təsisçisi Narek Malyan da saxlanılmışdı. Hər üç şəxs Robert Köçəryana yaxınlığı ilə tanınır.