Uşağını polis məntəqəsinin qarşısına atıb qaçdı

Qadın polis məntəqəsinin qarşısına gələrək əlil uşağını qapının arxasına qoyur və aradan çıxır. Hadisə Rusiyanın Tomsk şəhərində baş verib.

Bu barədə RF DİN-in region üzrə bölməsinin saytında xəbər verilib, kadrları isə Tomsk.ru paylaşıb.

Sosial şəbəkələrdə  paylaşılapn kadrlardan görünür ki, qadın polis bölməsinin qarşısına içərisində yeniyetmə əlil qız olan uşaq arabasını gətirir və ordan qaçır.

Məlumata görə, qız danışmayıb. İlk baxışdan onun 12 yaşlarında olduğu ehtimal edilir.

Polislər artıq qızı atan qadını saxlayıblar. Yoxlamalara başlanılıb.