MSK-dan qərar - “Rəy” də "exit-poll" keçirəcək

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş “Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.

MSK sədrinin müavini Rövzət Qasımov deyib ki, təşkilat 118 dairə üzrə 1080 məntəqədə “exit-poll” keçirəcək.

Onun sözlərinə görə, təşkilat regionlarda 10 dayaq mərkəzi müəyyənləşdirib və 1080 müsahidəçi prosesə cəlb olunub.

MSK “Rəy” Monitorinq Mərkəzi akkreditasiyası barədə qərar qəbul edib.

MSK-nın iclasında həmçinin “İnsan Hüquqları XXI əsr - Azərbaycan" Fondu (Fransanın Opinion Way) təşkilatı ilə “exit-poll” keçirəcək təşkilat kimi qeydə alınıb.

Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.