Rəvan Həsənov: "Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir"

"Azərbaycanda seçki mühiti kifayət qədər demokratikliyi ilə seçilir. Cəmiyyətdə də parlament seçkilərinə böyük maraq var".

Serq.az bildirir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Milli Məclisə keçiriləcək seçkilərlə bağlı danışarkən deyib. 

O, bildirib ki, seçki prosesini həm gündəlik mətbuatdan, həm də sosial mediadan izləyir:

"Seçkilərə qatılan siyasi partiyaların namizədləri, həmçinin müstəqil namizədlər fəal şəkildə təbliğat-təşviqat kampaniyası aparırlar. Namizədlər arasında gənclərin sayı kifayət qədər çoxdur. Bütün bunlar  seçkilərdə rəqabətin güclü olacağını deməyə əsas verir. Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır. Prosesin bütün mərhələlərində şəffaflıq yüksək səviyyədə təmin edilir. Bu günədək hər hansı bir qanun pozuntusu ilə bağlı məlumata rast gəlinməyib”.