60 yaşlı kişi səkidə öldü – Davam edir KORONAVİRUS...  - Fotolar

  Koronavirusun mərkəzi sayılan Çinin Vuhan şəhərində bir şəxs virus səbəbindən səkidə dünyasını dəyişib. 
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, hadisə yanvarın 30-da qeydə alınıb.

Təxminən 60-a yaxın yaşı olan çinli şəxsin ağzında ağ rəngdə qoruyucu maskası, əynində isə qara rəngli paltarı olub. O səkidə üzü üstə düşərək ölüb. 

Onun ölümü ilə bağlı koronavirusdan başqa heç bir səbəb göstərilmir. Qeyd edək ki, yanvarın 30-a qədər koronavirusdan 170 nəfər dünyasını dəyişib. 
Ötən həftədən etibarən Çinin Vuhan şəhərində karantin elan olunub və küçələrdə gəzmək qadağan edilib.

Məhz ona görə də şəhərin küçələri boşalıb. Amma həmin küçədən velosipedlə keçən bir çinli bu barədə səhiyyə xidmətinə məlumat verib. Həkimlər onun viral pnevmaniya epedemiyası olan koronavirusdan öldüyünü müəyyən ediblər.